Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun iştirakı ilə yığıncaq keçirilmişdir.

27 aprel 2014 | 10:00

 26 aprel  2014-cü il tarixdə saat 12:00 –da Y. Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Evində Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 91 illiyi münasibəti ilə Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun iştirakı ilə yığıncaq  keçirilmişdir. Yığıncaqda 9 rayondan ( Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Bərdə, Laçın, Tərtər, Xocavənd və Zərdab ) nümayəndələr iştirak etmişdir.
    Yığıncaqda Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Respublika Ağsaqqallar Şurasının sədr müavini  Temur Bünyadov, Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Respublika Ağsaqqallar Şurasının İdarə heyətinin üzvü Kərim Kərimov və Respublika Ağsaqqallar Şurasının  İşlər müdiri Yaqub Mehtiyev və digər qonaqlar  iştirak etmişdir.
    İlk öncə Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 91 illiyi münasibəti ilə Respublika Ağsaqqallar Şurasının  regional yığıncağı ilə əlaqədar Ulu Öndər Heydər  Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli önünə əklil qoyaraq, abidəsi önündə ehtiramla baş əyərək, Onun əziz xatirəsini hörmətlə yad etmişlər.
    Tədbir Rayon Mədəniyyət evində davam etdirilmişdir. Tədbiri giriş sözü açan Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı Şahin Məmmədov  çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində,Azərbaycan  xalqının qəlbində özünəməxsus yeri var. Azərbaycan dövlətçiliyinin başının üstünü qara buludlar alanda Ümummilli Lider Heydər Əliyev öz vətənin də, xalqının da dadına yetişdi və Azərbaycan dövlətini zirvələrdə heç zaman sönməyən parlaq günəşə çevirdi. Rayon rəhbəri çıxışının yekununda  qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Müasir Azərbaycan dövləti var olduqca Heydər Əliyev sevgisi Azərbaycan xalqının qəlbində  sönməyəcəkdir.
    Daha sonra Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı Şahin Məmmədov  tərəfindən çıxış etmək üçün söz Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərova verildi. Çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov  çıxış edərək,  Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmlənməsində istər hakimiyyətinin birinci  dövründə , istərsə də, ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra gördüyü işlərdən və misilsiz xidmətlərindən söhbət açmışdır.
   Yığıncaqda Respublika Ağsaqqallar Şurasının sədr müavini  Temur Bünyadov , Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Bərdə, Laçın, Tərtər, Xocavənd və Zərdab  rayonlarından çıxış edən  nümayəndələr Ümummilli lider Heydər Əliyev öz xalqının firavan sabahının qurulmasında, milli – mənəvi dəyərlərinin qorunmasında bütün həyatını bu amal uğrunda mübarizəyə həsr edən əsl vətənpərvər, el atası kimi öz xalqının qəlbində qazandığı ülvi məhəbbəti ilə möhür vurduğundan və Azərbaycan dövlətinin hər bir zəfərində Heydər Əliyevin xidmətləri tükənməz olduğundan bəhs etmişdirlər.

Keçidlər