Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon Gənclər və İdman İdarəsi əhali arasında maarifləndirmə işlərini davam etdirməkdədir.

07 iyul 2020 | 11:00

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə rayonda əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması, sosial təcridin gücləndirilməsi, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları əhali arasında mütəmadi olaraq maarifləndirmə işləri aparır onlara  Operativ Qərargahın tələb və tövsiyələrinə əməl edilməsinin önəmi vurğulayaraq, hazırki vəziyətə uyğun şəkildə tibbi maska və əlcəkdən istifadənin vacibliyini diqqətə çatırırlar.
İdarə əməkdaşları maarifləndirmə işlərinin aparılması zamanı sahibkarlara şəxsi gigiyena ilə yanaşı işlədikləri sahələrin və ya obyektlərin təmiz saxlanılmasını və dezinfeksiyaedici məhlullardan istifadə etmələrini önəmini xüsusi olaraq qeyd etmişdir.
Eyni zamanda idarə əməkdaşları sakinlər arasında da profilaktik söhbətlər aparıb, onlara Koronavirus (COVID-19) pandemiyası ilə bağlı maarifləndirici bukletlər paylayaraq, vətəndaşları məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırıblar. Söhbət əsnasında sosial məsafənin qorunması, habelə sakinlərin qrup şəklində bir araya toplanmaması məsləhət görülüb.

Keçidlər