Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc könüllülər pandemiya ilə bağlı aparılan maarifləndirmə tədbirlərində fəal iştirak edirlər.

06 iyul 2020 | 11:00

Ağcabədi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri COVID-19 pandemiyası ilə bağlı aparılan maarifləndirmə tədbirlərində fəal iştirak edirlər.
Koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün yaradılmış mobil qrupların tərkibində fəaliyyət göstərən gənc könüllülər müəssisə, təşkilatlarda, sahibkarlara məxsus obyektlərdə sakinlərlə maarifləndirici söhbətlər aparır, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini vətəndaşların diqqətinə çatdırırlar.
Vətəndaşlara koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması, gigiyenik qaydalara riayət olunması və tibbi maskalardan istifadənin zəruri olduğu izah edilir, tələblərin pozulması hallarına yol verənlər haqqında inzibati cəza tədbirlərinin görüldüyü bildirilir. Şifahi məlumatlandırma ilə yanaşı, sakinlərə üzərində COVID-19 virusuna yoluxma riskini azaldacaq məlumatlar əks olunmuş bukletlər də paylanılır.
Qeyd edək ki, bu tədbirlər rayon ərazisində 148 mobil qrup tərəfindən davam etdirilir.

Keçidlər