Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda buraxılış (qəbul) imtahanları başa çatıb.

02 iyul 2020 | 11:00

Dövlət İmtahan Mərkəzinin iyulun 2-də Ağcabədi rayonunda keçirdiyi tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları 5 binada təşkil edilib.
Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsinin müdiri Eltun Süleymanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanlarda Ağcabədi rayonu üzrə 1430 nəfər şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların təşkil edilməsi üçün imtahan rəhbəri, nəzarətçi müəllim və buraxılış rejimini həyata keçirən əməkdaşlar ayrılıb.
Pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. Müvafiq binalara buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İmtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.

Keçidlər