Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində nikah mərasimi keçirilmişdir.

27 aprel 2014 | 10:00

26 aprel  2014-cü il tarixdə saat 12:00 –da Ağcabədi rayon Heydər Əliyev Mərkəzində  Ulu Öndər Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə Ağcabədi rayonu Təzəkənd kənd sakinləri 1988 – ci il təvəllüdlü Məmmədov İlqar Fikrət oğlu ilə 1990- cı il təvəllüdlü Allahverdiyeva Xəyalə Telman qızının nikah mərasimi keçirilmişdir.
     İlk öncə ailə quran gənc cütlük  Rayon Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli abisəinin ziyarət etmiş, önünə tər – çiçək dəstələri qoymuş və Onun əziz xatirəsini yad etmişlər.
    Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 91 illiyi münasibəti ilə Respublika Ağsaqqallar Şurasının  regional yığıncağı ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarətin  edilməsinin gənc cütlüyün ziyarəti ilə eyni vaxta təsadüf etmişdir. Ziyarətdə iştirak edən Ağsaqqallar Şurasının  sədri Fəttah Heydərov yeni həyat yoluna birgə başlayacaq gəncləri bu xoş günləri münasibəti ilə təbrik etmiş  və onlara televizor hədiyyə etmişdir.
    Daha sonra gənclərin  nikaha daxilolma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Nikahdan sonra gənc ailəyə Rayon Heydər Əliyev Mərkəzi tərəfindən qiymətli hədiyyə təqdim olunmuş və onlara ömürboyu sürən xoşbəxtlik arzulanmışdır.
   Yekunda yeni ailə quran gənclərlə xatirə fotosu çəkilmişdir.
    Gənclərin xoşbəxt günü Azərbaycan Dövlət Televiziyası tərəfindən görüntülənmişdir.

Keçidlər