İctimai iaşə və ərzaq satışı müəssisələrində reyd keçirilib.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Ağcabədi rayonunda reyd keçirilən obyektlərdən 19-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Həmin müəssisələr arasında “Favorit”, “Uğur”, “Lider”, “Zahir”, “Afem”, “Real” və “Ramiz” ərzaq mağazaları, “Çinarlıq”, “Ay işığı” kafelərində daha çox uyğunsuzluqlar aşkar edilib.
Qeyd edək ki, bundan əvvəl keçirilən reyd zamanı isə rayonda “Gənclər Mərkəzi”, “Gənclik evi”, “Qaradolaq”, “Qarabağ” və “Şah” kafeləri, “Nur”, “Delfin”, “Sevimli”, “Totu”, “Kral” ərzaq mağazalarında qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanmışdı.
Reyd keçirilən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.