Gənclər və İdman Nazirliyi tərəfindən “Armudu” layihəsi çərçivəsində gənclərin məşhur insanlarla görüşü baş tutmuşdur.
27 iyun 2020 | 11:00
Gənclər və İdman Nazirliyi tərəfindən “Armudu” layihəsi çərçivəsində gənclərin məşhur insanlarla görüşü baş tutmuşdur. Koronavirus infeksiyası ilə bağlı ölkəmizdə elan edilmiş karantin müddətində #evdəqalınkişafet şüarı ilə davam edən layihə onlayn formada Zoom proqramı vasitəsi ilə həyata keçirilir.
26 iyun 2020-ci il tarixdə “Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə Gənclər və İdman Nazirliyinin “Armudu” gənclərin məhşurlarla görüşü layihəsinin qonağı Qarabağ qazisi Anar Məmmədov olmuşdur. O, öz cəbhə xatirələrini gənclərlə bölüşmüş və onları maraqlandıran sualları cavabandırmışdır. Onlayn görüşdə rayonumuzdanda iştirak edən gənclər olmuşdur.