YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının konfransı keçirilmişdir.
24 aprel 2014 –cü il tarixdə YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının konfransı keçirilmişdir.
Konfransı giriş sözü ilə YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyadov açmışdır.
YAP Ağcabədi Rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Mustafayeva konfransın gündəliyi ilə iştirakçıları tanış etdikdən sonra, Ağcabədi rayonunda qadınların müxtəlif sahələrdə fəaliyyəti, Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiqliyi və bu gün partiya sıralarında qadınların sayının artması barəsində məruzə etmişdir.
AMİ-nun Ağcabədi filialının müəllimi Qərənfil Rzayeva, Qadınlar Şurasının üzvü Solmaz Rəhimova, RİHB-nın müavini Leyla Əsgərova və YAP Ağcabədi Rayon Təşkilatının idarə heyətinin üzvü Rahilə Şükürova çıxış edərək, Ümumilli Liderin təkrarolunmaz siyasətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti müstəqilliyimizi möhkəmləndirilməsinə, Azərbaycan xalqının rifahının təmin edilməsinə , tərəqqi, demokratiya yolunda addımlayaraq dövlətimizi daha xoşbəxt gələcəyə aparmağa istiqamətlənmiş siyasətindən danışmışdılar.
Konfransda həmçinin, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının növbəti konfransına nümayəndələrin seçilməsi məsələsinə baxılmışdır. YAP Qadınlar Şurasının sədri Mustafayeva Naibə Sadıq qızı, Qadınlar Şurasının üzvü Əsgərova Leyla Şəmil qızı, Heydər Əliyev Mərkəzinin direktoru, YAP Ağcabədi rayon təşkilatının İdarə Heyətinin üzvü Niftəliyeva Fəridə Rizvan qızı konfransa nümayəndə seçilmişdilər.