Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi kümçüləri bu günədək 55 min 218 kiloqram barama tədarük ediblər

25 iyun 2020 | 11:00

Ağcabədi rayonunda barama tədarükü davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Ağcabədi rayonunda 1500 qutu (28 min 500 qram) ipəkqurdu toxumu yetişdirilib. Artıq kümçülərin yetişdirdikləri 55 min 218 kiloqram məhsul rayonda “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib. Ağcabədili kümçülər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2450 kiloqram çox məhsul istehsal ediblər.

Qeyd edək ki, Ağcabədi rayonunda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, 2018-ci ildə 37 min 146 kiloqram, 2019-cu ildə isə 54 min 466 kiloqram barama istehsal olunub.

Keçidlər