Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Dövlət qulluqçularının peşə bayramı günü” münasibəti ilə videokonfrans keçirilmişdir.

24 iyun 2020 | 11:00

Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov “Dövlət qulluğu işçiləri günü” münasibəti ilə iştirakçıları təbrik etmiş etmiş, onlara mühüm vəzifələrinin icrasında uğurlar arzulamışdır. Bildirmişdirki bu əlamətdar bayram hörmətli cənab Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2006-cı ildən qeyd olunur. Dövlət qulluğu sahəsində ölkəmizdə 30 min nəfər, rayonumuzda isə 272 nəfər mütəxəssis çalışır ki, bunun da 40 nəfəri qadınlardır. Onlar daim dövlətçiliyimizə sadiq olmaqla ölkə Prezidenti cənab İlham Əliyevin ideya-siyasi xətti ətrafında sıx birləşərək həmişə cənab Preizdentin yanında olduqlarını, onu dəstəklədiklərini nümayiş etdirirlər.
Cənab Prezidentimizin rayonumuza hər gəlişi, işlərimizlə və problemlərimizlə tanış olması adamlarımız tərəfindən coşqu, sevinclə qarşılanır, bizdə böyük ruh yüksəkliyi yaradır. Sevinirik ki bütün ağcabədililər, o cümlədən rayonumuzun dövlət qulluğu işçiləri hörmətli Prezidentimizin diqqət və qayğısı ilə əhatə olunmuşdur. “Dövlət qulluqçuları günü” münasibəti ilə Ağcabədi rayon icra hakimiyyəti aparatında Sənədləşmə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Quliyev Mərdəli Behbud oğlunun “Tərəqqi” medalı ilə təltif etməsi cənab Prezidentimizin rayonumuzun dövlət qulluqçularına göstərdiyi yüksək etimadın parlaq təzahürüdür. Biz bu diqqət və qayğıya görə hörmətli cənab Prezidentimizə minnətdarıq.
R.Hüseynov bildirdi ki, hazırda dünyada tüğyan edən pandemiyanın ölkəmizdə də yayılması biz dövlət qulluqçularının üzərinə çox ciddi vəzifələr qoyur. Biz həm əhalimizi, həm də özümüzü qorumalıyıq. Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara rayonumuzda əməl olunmasını həmişə diqqət mərkəzində saxlamalıyıq. İctimai yerlərdə, adamlar arasında ara məsafənin gözlənilməsinə, maskalardan istifadə olunmasına ciddi nəzarət olunmalıdır.
Videokonfransda icra başçısı eyni zamanda təsərrüfat işçilərindən danışdı. Bildirdi ki, baramaçılıq, taxılçılıq və pambıqçılıq sahəsində işlərimiz yaxşı gedir. Bu günə qədər gümçülərimiz hər qutudan 37 kq olmaqla 55 ton 218 kq barama istehsal etmişdir. Taxıl sahələrimizin 60 faizində biçin başa çatmışdır. Keçən ilkinə nisbətən hər hektardan məhsuldarlıq 2 faiz çoxdur. Pambıq sahələrində becərmə işləri də ürəkaçandır. Doğrudur pambığın suvarılması sahəsində müəyyən çətinliklər var, çalışıb bunu da vaxtında həll etmək lazımdır.
Taxıl sahələrində yanğın təhlükəsizliyinə ciddi əməl olunmalı, biçin tam başa çatan kimi sahələr şumlanıb qarğıdalı əkininə hazırlanmalıdır.
Videokonfransın sonunda cənab başçı R.Hüseynov qarşıda duran təxirəsalınmaz işlərin tezliklə həll olunması istiqamətində tədbir iştirakçılarına lazımi tapşırıqları verib uğurlar arzuladı.

Keçidlər