Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun 2020-ci il tarixdə Ağcabədi rayonu Mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilmişdir.

23 iyun 2020 | 11:00

Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə qanvermə aksiyasının keçirilməsi artıq bir ənənə halını almışdır. Respublikamızda COVİD-19 koronavirus xəstəliyinin yayıldığı bir zamanda xəstə insanlar üçün qan ehtiyatının toplanmasına xüsusi zərurət var. Bu məqsədlə Heydər Əliyev Fondunun təşəbbüsü və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 23 iyun 2020-ci il tarixdə Ağcabədi rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir. Aksiyanın keçirilməsində məqsəd talasimiyadan əziyyət çəkən, qana ehtiyacı olan xəstələr üçün qan ehtiyatının toplanması idi. Keçirilən aksiya üçün əvvəlcədən, ciddi hazırlıq işləri görülmüş, xüsusi otaqlar ayrılmışdır. Təqdirəlayiq haldırki aksiya karantin qaydalarının tələbləri səviyyəsində həyata keçirilirdi. Qanvermə aksiyası Respublika Milli Hemotologiya və Transfiziologiya Mərkəzi, Mərkəzi Qan Bankının Bərdə Regional Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilirdi. Mərkəzin baş həkimi Cəsarət Məmmədov aksiyanın mütəşəkkil və nizam intizamlı qaydada keçirilməsindən razılığını bildirdi. Müxtəlif idarə və təşkilatlardan işçilər, hətta siravi adamlar növbə ilə,ara məsafəsini gözləmək şərti ilə qanvermə məntəqəsinə yaxınlaşıb könüllü olaraq qanlarını verirdilər. Qoşulduqları bu xeyirxah təşəbbüsün xoş ovqatı hər birində sevinc, razılıq hissi yaradırdı. Bilirdilər ki könüllü verdikləri qan kiminsə həyatına sevinc bəxş edəcək, kiməsə ömür yardımçısı olacaqlar.
Aksiyada müxtəlif idarə və təşkilatlardan, eləcə də fərdi könüllülərdən olmaqla 90 nəfər insan qan verdi. Şübhəsiz ki toplanmış qan talasemiyadan əziyyət çəkən neçə insanın həyatı üçün yardımçı olacaq.

Keçidlər