Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində nikah mərasimi keçirilmişdir.

26 aprel 2014 | 10:00

25 aprel  2014-cü il tarixdə saat 12:00 –da Ağcabədi rayon Heydər Əliyev Mərkəzində  Ulu Öndər Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə Ağcabədi rayonu Hindarx qəsəbə sakinləri 1988 – ci il təvəllüdlü Quliyev Anar Bayram oğlu ilə 1994- cü il təvəllüdlü Mirəzəyeva Fəridə Eldar qızının nikah mərasimi keçirilmişdir.
     İlk öncə ailə quran gənc cütlük  Rayon Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli abisəinin ziyarət etmiş, önünə tər – çiçək dəstələri qoymuş və Onun əziz xatirəsini yad etmişlər.
    Daha sonra gənclərin  nikaha daxilolma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Nikahdan sonra gənc ailəyə Rayon Heydər Əliyev Mərkəzi tərəfindən qiymətli hədiyyə təqdim olunmuş və onlara ömürboyu sürən xoşbəxtlik arzulanmışdır.
   Yekunda yeni ailə quran gənclərlə xatirə fotosu çəkilmişdir.
    Gənclərin xoşbəxt günü Azərbaycan Dövlət Televiziyası tərəfindən görüntülənmişdir.

Keçidlər