Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Gənclər Birliyinin region sədrləri ilə videokonfrans formatında müşavirə keçirilib

17 iyun 2020 | 11:00

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Laçın, Kəlbəcər, Zəngilan, Şuşa, Xocavənd, Ağdam, Cəbrayıl, Beyləqan, Qubadlı, Xocalı, Ağsu, Şamaxı, Ucar, Ağdaş, Qobustan, Zərdab rayon təşkilatlarının Gənclər Birliyinin sədrləri ilə videokonfrans formatında növbəti regional müşavirə keçirilib.

YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə çıxış edən Milli Məclisin deputatı Ramin Məmmədov respublikamızda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb. O, ölkəmizin ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı məsələlərə çox böyük əhəmiyyət verdiyini, ötən altı ayda siyasi, iqtisadi, mədəni və sair yönümlü tədbirlər keçirərək gənclərin hərtərəfli istiqamətdə inkişafına töhfə verdiyini, eyni zamanda, koronavirusa qarşı mübarizə çərçivəsində görülən işlərdə partiya gənclərinin xüsusi fəallığını diqqətə çatdırıb.

Videokonfransda çıxış edən gənclər birliklərinin sədrləri hesabat dövründəki fəaliyyətlərini partiya rəhbərliyinin tövsiyə və tapşırıqları istiqamətində quraraq, dövlət başçısının siyasi xəttini dəstəklədiklərini, Azərbaycan gəncliyinin hərtərəfli yöndə inkişafı üçün müxtəlif tədbirlər həyata keçirdiklərini, pandemiya ilə əlaqədar görülən işlərdə yaxından iştirak etdiklərini bildiriblər.

Qeyd edək ki, YAP Gənclər Birliyinin region sədrləri ilə keçirilən videokonfrans silsilə xarakter daşıyır.

Keçidlər