Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə "Milli Ordumuz – iftixarımız, qürur mənbəyimizdir" adlı sərgi açılıb

17 iyun 2020 | 11:00

26 iyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində "Milli Ordumuz – iftixarımız, qürur mənbəyimizdir" adlı sərgi təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan ordusundan, ulu öndər Heydər Əliyevin ordu quruculuğu siyasətindən bəhs edən kitab və jurnallardan, eləcə də mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işlərindən ibarət sərgi iyunun 27-dək davam edəcək. Karantin rejiminin tələbləri qorunmaqla, istənilən şəxs sərgi ilə tanış ola bilər.

Keçidlər