Şriftin ölçüsü :

Saytın rəngi :

“15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş gənclər arasında onlayn İntellektual bilik yarışmasının qaliblərinə diplomlar təqdim olunmuşdur.

19 iyun 2020 | 11:00

19 iyun 2020-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən “15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş gənclər arasında onlayn İntellektual bilik yarışmasının qaliblərinə diplomlar təqdim olunmuşdur.
Qeyd edək ki, Yarışma Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsində 14-29 yaş arası Ağcabədi rayonunda yaşıyan gənclər arasında fərdi qaydada keçirilmişdir. İştirakçılara Ulu Öndər Heydər Əliyevə və Azərbaycan tarixinə aid suallar ünvanlanmışdır.
Yekunda 1-ci yerə Əkbər Alıyev adına Ağcabədi şəhər 12 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Mamedova Nəzrin İmran qızı, 2-ci yerə Məhəmməd Əsədov adına 5 saylı tam orta məktəbin 11 ci sinif şagirdi Bayramzadə Kəmalə Rəfail qızı, 3-cü yerə isə Əkbər Alıyev adına Ağcabədi şəhər 12 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Bünyadzadə Rəşad Rafiq oğlu laiq görülmüşdür.
Qalib gələn gənclərə diplomları təqdim edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev onları təbrik etmiş onlara ölkəmizin eləcədə rayonumuzun ictimai həyatında daima aktiv gənclərdən olmağın önəmini qeyd edərək gələcək fəaliyyətlərində uğurlar arzu etmişdir.

Keçidlər