Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Ümummilli Lider Heydər Əliyevin 91 illik yubileyi münasibətilə Şahmat üzrə rayon turniri keçirilmişdir.

23 aprel 2014 | 10:00

15-19 aprel 2014-cü il tarixdə  Ağcabədi rayonu Şahmat Məktəbində  Gənclər və İdman İdarəsinin , YAP İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının və Təhsil şöbəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş şahmat üzrə uşaq və yeniyetmələr arasında  rayon turniri keçirilmişdir.
    Şahmat turniri  oğlanlar və qızlar olmaqla 2 qrup üzrə keçirilmişdir.
   Şahmat üzrə rayon turnirinin yekun nəticəsində  oğlanlar arasında Muxtarzadə Anar Şirin oğlu  I yerə ,   qızlar arasında rayon Xocavənd kənd 1 saylı tam orta məktəbinin şagirdi Babayeva Nigar Sadiq qızı I yerə layiq görüldülər.
    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş şahmat üzrə rayon birinciliyinin qalibləri Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

Keçidlər