Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi sakinləri ölkə Prezidentinə minnətdarlıqlarını bildirirlər.

13 iyun 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 iyun 2020-ci il tarixində Ağcabədi rayonuna səfərindən sonra sakinlər tərəfindən ölkə başçısına minnətdarlıq məktubları ünvanlanmağa davam edir. Cənab Prezidentin rayona səfəri zamanı taxıl biçini müvsümünə ölkə başçısının xeyir-duası ilə start verilmiş, Hüsülü kəndi ərazisində dənli bitki toxumlarının emalı zavodu, Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri, yenidən qurulan “Ağcabədi-2” elektrik yarımstansiyası istifadəyə verilmiş və “ASAN xidmət” mərkəzinin açılışı həyata keçirilib. Ölkə Prezidenti 04 iyun 2020-ci il tarixdə Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhramtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında və Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır.
Ağcabədi sakinləri onlara göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər. Dünya ölkələrinin koronavirus pandemiyasından əziyyət çəkdiyi bir vaxtda Azərbaycanda əhalinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi mühüm qərarlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır.
Həmin məktubların bir qismini təqdim edirik.

Ağcabədi şəhərindən Ülviyyə Cəbrayılova yazır:
Möhtərəm cənab Prezident.
Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində atdığınız zəruri qabaqlayıcı addımlar bir daha onu sübut etdi ki, Siz hər zaman xalqın yanında olmusunuz. Karantin rejiminin tətbiqi və yüksək standartlara uyğun modul tipli xəstəxanaların açılışı koronavirusla mübarizədə görülən tədbirlərin ən bariz nümunələrdir.
Biz əminik ki, Sizin tövsiyələrinizlə bu virusdan tez bir zamanda xilas olacağıq. Bizə göstərdiyiniz bu qayğı və diqqətə görə Sizə şəxsən öz adımdan və ailəmin adından təşəkkür edirəm. Hər zaman yanımızda olduğunuz kimi, biz də daim Sizinləyik.

Ağcabədi şəhəri Şirin Hüseynov adına 2 saylı tam orta məktəbin direktoru Məlahət Tağıyeva yazır:
Möhtərəm cənab Prezident.
Dünyanı cənginə alan COVID-19 pandemiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Amma Sizin rəhbərliyinizlə dövlət və hökumət orqanları tərəfindən görülən ardıcıl və səmərəli tədbirlər nəticəsində ölkə vətəndaşlarının bu təhlükəli virusa yoluxma riskini minimuma endirmək mümkün oldu. Koronavirus epidemiyası bütün dünya dövlətlərində olduğu kimi, ölkəmizin də iqtisadiyyatına, maliyyə sisteminə öz təsirini göstərdi. Ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər həm iqtisadiyyatın, həm də maliyyə sisteminin bu vəziyyəti böhransız adlamasına şərait yaratdı. Dünyanın nəhəng dövlətlərinin pandemiya qarşısında aciz qaldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə atılan qətiyyətli addımlar sayəsində biz bu gün öz həyatımızı böyük arxayınlıq və rahatlıq içərisində yaşayırıq.
Hörmətli cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!" çağırışınız bu gün xalqımızın həmrəylik şüarına çevrilib. Hər bir vətəndaşımız Sizin nəcib və nümunəvi addımınıza həmrəylik göstərərək, xalq-iqtidar birliyini nümayiş etdirib ölkəmizin bu böyük bəladan qurtulması, eləcə də vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması naminə əlindən gələni əsirgəmir. Ölkə əhalisinin rahatlığı və sağlamlığı naminə yürütdüyünüz siyasətə, verdiyiniz hər bir qərarda, ilk növbədə, xalqın rifahını düşündüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Ağcabədi şəhərindən Ruxsarə Nəsirova yazır:
Möhtərəm cənab Prezident.
Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizin gördüyünüz işlər biz ziyalıları çox sevindirir. Gənclərlə, şagirdlərlə görüşlərimizdə ürəkdolusu danışmağa, misallar çəkməyə, saysız-hesabsız nümunələr göstərməyə kifayət qədər faktımız olur. Bütün bu işlər Sizin gərgin zəhmətinizin, əzmkarlığınızın, xalqa olan sevginizin nəticəsidir.
Hazırda dünyamızın çox ağır bir vəziyyətlə üzləşdiyi, amansız xəstəliklə mübarizə apardığı vaxtda ölkəmizdə dərhal qabaqlayıcı tədbirlərə başlanıldı. Əhaliyə dəfələrlə çağırışlar etdiniz, bizi bu çətin durumda bir-birimizə dəstək olmağa, dünyanı sarsıdan görünməz düşmənə birlikdə qalib gəlməyə səslədiniz. Sizin xalqın yanında olmağınız, onu gözləyən təhlükəyə görə keçirdiyiniz narahatlıq, bununla bağlı həyata keçirdiyiniz tədbirlər Sizə olan inamı daha da artırdı.
İyunun 3-də Ağcabədi rayonuna səfəriniz bizi çox sevindirdi. Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün vəsaitin ayrılması təhsilimizə, gələcəyimizə göstərdiyiniz qayğının nümunəsi idi və bu, biz ziyalıları çox sevindirdi.
Cənab Prezident, biz Sizə inanırıq və güvənirik. Ulu Tanrı Sizi qorusun.

Cəfərbəyli kəndindən  Səbuhi Atakişiyev yazır:
Hörmətli cənab Prezident.
Dünyanı cənginə alan COVID-19 pandemiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Sizin rəhbərliyinizlə dövlət və hökumət orqanları tərəfindən görülən ardıcıl və səmərəli tədbirlər nəticəsində ölkə vətəndaşlarının bu təhlükəli virusa yoluxma riskini minimuma endirmək mümkün oldu.
Cənab Prezident, bu həssas dönəmdə xalqla həmrəy olduğunuza, ən başlıcası isə Ağcabədi rayonuna yeddinci dəfə səfər etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Rayonumuzda "ASAN xidmət" mərkəzinin açılışında könüllülər qarşısında məzmunlu çıxışınızı yüksək dəyərləndiririk. Biz gənclər hesab edirik ki, Sizin Qarabağ torpaqlarına hər gəlişiniz bizi işğal edilmiş ərazilərimizin geri qaytarılmasına səsləyir.
Hörmətli cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!" çağırışınız bu gün xalqımızın həmrəylik şüarına çevrilib. Biz Sizə inanır, güvənir və arxalanırıq. Tanrı Sizi qorusun.

Ağcabədi şəhərindən Nabat Yusifova yazır:
Möhtərəm cənab Prezident.
Mən Ağcabədi rayonunda yaşayıram, təqaüdçüyəm.Uzun illər tibb sahəsində çalışmışam. Tibb işçisi kimi deyə bilərəm ki, COVID-19 pandemiyasının dünyanı cənginə alması məni çox narahat edirdi. Hər gün televiziya ekranlarından dünyadakı insan təlafatını gördükcə bu narahatçılıq daha da artırdı. Lakin Sizin uzaqgörənliyiniz, məqamında tədbirlər görməyiniz xalqımızı kütləvi təlafatdan xilas etdi, insanların qəlbindəki həyəcanı sakitləşdirdi. Hər zaman, hər şəraitdə güvəndiyimiz rəhbərimizə bu məqamda da güvənə bildik. Amma bəzi insanlarımız lap çox arxayınlaşdılar. Dövlətin həyata keçirdiyi təhlükəsizlik tədbirlərinə səthi yanaşan həmin insanlara isə Siz bir daha nümunə oldunuz. İyunun 3-də Ağcabədi rayonuna səfəriniz zamanı tibbi maskadan istifadə etməyiniz, görüş zamanı ara məsafəsi saxlamağınız bir daha Sizin böyüklüyünüzü, hər zaman xalqın yanında olduğunuzu və təhlükəsizlik tədbirlərinə əməl etməyin vacibliyini sübut etdi.
Tanrı Sizi, ailənizi və xalqımızı qorusun.

Ağcabədi şəhərindən Emin Əlizadə yazır:
Hörmətli cənab Prezident.
Hər şeydən əvvəl şəxsən öz adımdan, bütün yaxınlarımın və Azərbaycan xalqının adından Sizə təşəkkür edirəm. Siz dünyanı cənginə almış koronavirus pandemiyası dövründə Azərbaycan xalqının sağlamlığını hər şeydən üstün tutaraq onu böyük bir fəlakətdən qorumaqdasınız. İllər keçəcək, amma Sizin bu əvəzsiz xidmətləriniz heç vaxt unudulmayacaq, yaddaşlardan silinməyəcəkdir. Hər zaman var olasınız!

Rəncbərlər kəndindən Tavad Azadova yazır:
Çox hörmətli cənab Prezident.
Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində gördüyünüz işlərin miqyası çox böyükdür. Görülən bu işlər xalqımız, o cümlədən ağcabədililər tərəfindən minnətdarlıqla qarşılanır. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin, liderinin arxasındadır.
Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Allah Sizi, ailənizi və xalqımızı qorusun. Biz həmişə Sizinləyik, əziz Prezidentimiz.

Ana Vətən Partiyası Ağcabədi rayon təşkilatının sədri Anar İsmayılov yazır:
Möhtərəm cənab Prezident.
Mən orta yaşlı nəslin nümayəndəsiyəm. Uzun illərdir dünyada və ölkəmizdə gedən prosesləri dərindən izləyir, təhlil edirəm. Böyük dövlətlər demokratiya adı altında iqtisadi və siyasi maraqları naminə kiçik dövlətlərə təzyiq göstərir, onları iqtisadi cəhətdən asılı salır, problemlərə ikili standartla yanaşırlar. Azərbaycan cəmi 10 milyon əhalisi olan kiçik ölkə olsa da, böyük dövlətlərin siyasi oyunları, bəzi beynəlxalq təşkilatların qeyri-obyektiv münasibət göstərməsinə baxmayaraq, güclü, qətiyyətli Prezidenti, xalqını sevən güclü Lideri və xalq tərəfindən sevilən ölkə başçısı var.
İyunun 3-də cəbhəyanı regionlara səfəriniz məndə qürur hissi oyatdı və bu qənaətə gəldim ki, yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin Sizin rəhbərliyinizlə həll olunacağı gün uzaqda deyil. Ağcabədi rayonunda açılışında iştirak etdiyiniz “ASAN həyat” mərkəzinin, Aşağı Avşar kəndi ərazisində inşa edilən 110 /35/10 kilovoltluq yarımstansiyanın, Ağcabədi şəhərində su və kanalizasiya sisteminin istifadəyə verilməsi böyük investisiya tutumlu layihələrdir. Bütün bunlara görə Sizə təşəkkür edirəm. Ulu Tanrı Sizi qorusun.

Salmanbəyli kəndindən təqaüddə olan müəllim Əli Bədəlov yazır:
Cənab Prezident.
Həmişə olduğu kimi, Sizin iyunun 3-də Ağcabədiyə səfəriniz də biz sakinlərə böyük sevinc və fərəh hissi bəxş etdi. Biz - qarabağlılar xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizi ürəkdən sevir və Sizinlə qürur duyuruq.
Rayonumuzun davamlı sosial iqtisadi inkişafına daim diqqət yetirməyiniz bizi ürəkdən sevindirir. Bu baxımdan kəndarası yolların çəkilişi və Sarıcalı kəndində müasir məktəb binasının inşası məqsədilə ayırdığınız vəsait minlərlə insanın böyük sevincinə səbəb oldu.
Möhtərəm cənab Prezident, dünya ölkələrinin iqtisadi çətinliklə qarşılaşdığı indiki dövrdə xalqımıza göstərdiyiniz maddi və mənəvi dəstəyə görə bir ziyalı kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Xalqımızın və dövlətimizin daha xoş gələcəyi naminə Sizə uzun ömür, cansağlığı arzu edirik. Tanrı Sizi qorusun.

Ağcabədi şəhərindən Eldəniz Qənbərov yazır:
Hörmətli cənab Prezident.
Ağcabədi rayonunun Mingəçevir-Stansiya, Mingəçevir-Bəhramtəpə (109 km)-Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun, eləcə də Sarıcalı kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə əlaqədar tədbirlər haqqında imzaladığınız sərəncamlar biz - ağcabədililərin ürəyincədir və bizi çox sevindirir. Qədirbilən Azərbaycan xalqı Sizin ölkəmizin dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi yolunda göstərdiyiniz misilsiz xidmətləri çox yüksək dəyərləndirir. Sizin apardığınız müdrik daxili və xarici siyasət nəticəsində üçrəngli bayrağımız hər zaman yüksəklərdə əzmlə dalğalanır. Azərbaycanımızı istəməyən qüvvələr isə həmişə müdrik Heydər Əliyev siyasi kursu qarşısında çıxılmaz, gücsüz vəziyyətə düşürlər.
Azərbaycan xalqı üçün gördüyünüz bu müdrik işlərinizi ürəkdən bəyənir, alqışlayır və bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizinlə fəxr edir və qürur duyuruq. Uca Tanrı həmişə köməyiniz olsun və Sizi qorusun, cənab Prezident!

Ağcabədi şəhərindən İlkin Bəşirov yazır:
Möhtərəm cənab Prezident.
Siz ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri Azərbaycan daim inkişaf edir. Son zamanlar bütün dünyanı bürümüş COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin qətiyyətiniz ölkəmizi böyük ziyanlardan qorudu.
Cənab Prezident, Sizin diqqət və qayğınız sayəsində bu gün gəncliyimiz ölkəmiz Azərbaycan kimi azaddır, müstəqildir və xoşbəxtdir. Gördüyünüz bütün bu işlərə, eləcə də apardığınız uzaqgörən siyasətə görə Ağcabədi gəncləri adından Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun.
Ağcabədi şəhərindən Səbinə Abbasova yazır:
Möhtərəm cənab Prezident.
Dünyada böyük bəlaya çevrilən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində tərəfinizdən vaxtında görülən tədbirlər məni çox sevindirir. Görülən işlər, əhaliyə göstərilən diqqət və qayğı ölkə sakinlər tərəfindən də rəğbətlə qarşılanır. Həmçinin Siz xəstəliyin geniş yayılmaması üçün xalqa müraciət edərək, bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırdınız. Bizə dəstəyiniz məni çox qürurlandırır. Ümid edirəm ki, bu pandemiya tezliklə başa çatar, insanlar əvvəlki yaşayış tərzinə qayıdarlar.
Bu çətin zamanda xalqla birlikdə olduğunuza görə Sizə təşəkkür edir, sonsuz minnətdarlığımı bildirirəm.

Keçidlər