“15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş gənclər arasında onlayn intellektual bilik yarışması keçirilmişdir.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 11 iyun 2020-ci il tarixdə “15 İyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş gənclər arasında onlayn intellektual bilik yarışması keçirilmişdir.
Yarışma Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsində 14-29 yaş arası Ağcabədi rayonunda yaşıyan gənclər arasında fərdi qaydada keçirilmişdir. İştirakçılara Ulu Öndər Heydər Əliyevə və Azərbaycan tarixinə aid suallar ünvanlanmışdır.
Yekunda 1-ci yerə Ağcabədi şəhər 12 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Mamedova Nəzrin İmran qızı, 2-ci yerə Məhəmməd Əsədov adına 5 saylı tam orta məktəbin 11 ci sinif şagirdi Bayramzadə Kəmalə Rəfail qızı, 3-cü yerə isə Ağcabədi şəhər 12 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Bünyadzadə Rəşad Rafiq oğlu laiq görülmüşdür.
Qalib gələn şagirdlərə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomlar təqdim olunacaqdır.