Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 2014- cü ilin birinci rübündə sosial –iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.

18 aprel 2014 | 10:00

17 aprel 2014-cü il tarixdə saat 16:00 –da Ağcabədi rayonu Y.Məmmədov adına Mədəniyyət evində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 13 aprel 2014- cü il tarixdə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş iclasındakı nitqindən irəli gələn vəzifələr, Ağcabədi rayonunda 2014- cü ilin birinci rübündə sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə RİH -nin başçısı Şahin Məmmədovun  hesabat yığıncağı  keçirilmişdir.  
   Yığıncağa RİHB yanında Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, RİHB-nın şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, YAP Ağcabədi rayon təşkilatının ərazi ilk təşkilatlarının sədrləri  dəvət olunmuşdur.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 13 aprel 2014-cü il tarixdə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda  duran  vəzifələrlə əlaqədar keçirilmiş  iclasındakı nitqindən irəli gələn vəzifələr, Ağcabədi rayonunda 2014-cü ilin birinci rübündə sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər  və qarşıda duran vəzifələr barədə RİH –nin başçısı Şahin Məmmədovun  hesabat məruzəsi və  Ağcabədi rayonunda XI sinif şagirdlərinə Heydər Əliyev irsinin  öyrənilməsi ilə əlaqədar dərslərin tədrisi vəziyyətinə dair Rayon İcra Hakimiyyəti Başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqovun məruzəsi hesabat yığıncağının  gündəliyində duran məsələlər idi .
Hesabat yığıncağını Ağcabədi rayonu İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov açaraq  bildirdi ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 13 aprel 2014- cü il tarixdə Nazirlər Kabinetinin 2013- cü ilin birinci rübünün sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar  iclası keçirilmişdir.
   Ağcabədi rayonu İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov bildirmişdir ki,əsası       Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş  və möhtərəm Prezidentimiz cənab İlham Əliyev  tərəfindən uğurla davam etdirilən  sosial-iqtisadi inkişaf ölkəmizin hər bir bölgəsində olduğu
kimi, Ağcabədi rayonunda da uğurla davam edir.
    Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevral ayının 17-dən əhalinin tibbi müayinədən keçirilməsi bağlı tapşırığına əsasən Ağcabədi rayonunda 69 idarə və təşkilat, 1 şəhər, 1 qəsəbə və 31 kənd olmaqla bu günə qədər rayon əhalisinin 62112 nəfəri dövrü tibbi müayinədən  keçdiyini və bu işin 01 may tarixinədək uğurla davam etdiriləcəyini bildirmişdir.
    Hesabatın yekununda Ağcabədi rayonu İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov vurğuladı ki, Ağcabədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarını, regionlara səfəri zamanı verdiyi tapşırıq və tövsiyələri, Nazirlər Kabinetinin 13 aprel 2014- cü il tarixdə Nazirlər Kabinetinin 2014- cü ilin birinci rübünün sosial – iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar  nitqindən irəli gələn tapşırıqları əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyik.
  Yığıncaqda daha sonra, Rayon Təhsil şöbəsinin müdiri Mehdi Əhmədov, Rayon Elektrik Şəbəkəsinin rəisi əvəzi Rza Səmədov, Rayon Qaz İstismar Sahəsinin rəisi  İkram Məhərrəmov və  Rayon Mərkəzi xəstəxanasının baş həkimi Novruz Abbasov görülmüş işlər və qarşıda duran vəzifələr barəsində hesabat xarakterli çıxışlar etmişlər.
     Daha sonra gündəlikdə duran ikinci məsələ ilə bağlı Rayon İcra Hakimiyyəti Başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov məruzə ilə çıxış etmiş və keçirilən dərslərin vəziyyəti   və şagirdlərin dərslərdəki iştirakı ilə bağlı son vəziyyəti   yığıncaq iştirakçılarının nəzərinə çatdırmışdır.
    İkinci məsələ ilə əlaqədar Heydər Əliyev Mərkəzinin direktoru  Fəridə Niftəliyeva, şəhər 12 saylı tam orta məktəbin tarix müəllimi  Samir Səmədov   və  YAP Ağcabədi rayon təşkilatının baş  təlimatçısı  Səfər Səfərov  çıxış etmişlər.                                     
    Tədbirdə   350  nəfər  iştirak etmişdir .

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər