Şriftin ölçüsü :

Saytın rəngi :

“15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn rəsm müsabiqəsi başa çatmışdır.

11 iyun 2020 | 11:00

08-10 iyun 2020-ci il tarixlərdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş gənclər arasında onlayn rəsm müsabiqəsi keçirilmişdir.
Gənclər çəkdikləri rəsmlərin  fotosunu mobil telefon vasitəsilə rayon Gənclər və İdman İdarəsinin təyin etdiyi whatsapp nömrəsinə göndərmişdir.
Müsabiqədə 17 nəfər gənc iştirak etmişdir. Yekunda göndərilən  fotolar mütəxəsislər tərəfindən qiymətləndirilmiş və nəticədə Quliyev Rəvan Tofiq oğlu 1-ci yerə, Məmmədov Elvin Sahib oğlu 2-ci yerə, Əliyev Bayram Ceyhun oğlu 3-cü yerə laiq görülmüşdür. Qalib gələn iştrakçılara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunacaq.

Keçidlər