Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi kümçüləri bu günədək 52029 kiloqram barama tədarük ediblər.

11 iyun 2020 | 11:00

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızda ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi Ağcabədi rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın inkişafına təkan verib.

Artıq rayonda yaş barama tədarükünə başlanılıb. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazimi şərait yaradılıb. Mövsümün ilk günlərində kümçülərin yetişdirdikləri 52029 kiloqram məhsul “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib.

Kümçülər dövlət başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini, qısa müddət ərzində zəhmətlərinin bəhrəsini gördüklərini bildirib, ipəkçiliyin gəlirli sahə kimi bundan sonra da inkişaf etdiriləcəyinə əminliklərini ifadə ediblər.

Keçidlər