Monitorinqlər zamanı obyektlərdə sanitar-epidemioloji tələblərin pozulması halı aşkarlanıb.
İqtisadiyyat Nazirliyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması üzrə nəzarət tədbirlərini davam etdirir.
İyunun 4-də keçirilən növbəti monitorinqlərdə Ağcabədi rayonunda “Unversam”, “FM İnşaat” mağazalarında, “Market” pərakəndə ticarət obyektində, “Dönər” ictimai iaşə obyektində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.