Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin iclası keçirilmişdir.

14 aprel 2014 | 10:00

13 aprel 2014-cü il tarixdə Ağcabədi rayonu Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin iclası keçirilmişdir. İclasda  AYB-in XII qurultayında iştirak edəcək nümayəndələrin seçilməsi müzakirə olundu.
   İclasda  Bərdə, Beyləqan və Ağcabədi rayonları  olmaqla  41 nəfər AYB üzvü, AYB-in sədri,  Xalq Yazıçısı Anar Rzayev, AYB-in katibi , Xalq şairi Fikrət Qoca, AYB-in gənclərlə iş üzrə katibi Rəşad Məcid,  AYB-in  mətbuat katibi  Xəyal Rza, AYB-in Qarabağ bölməsinin sədri Ənvər Əhməd və digərləri iştirak edirdi.
    Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev çıxış edərək bildirmişdir ki, AYB üzvlərinin sayı əvvəlki illərə nisbətən daha da çoxdur və bu da növbəti qurultayda bütün üzvlərin iştirak etməsinə çətinlik törədir. Eyni zamanda qarşıdakı qurultayda xarici qonaqlar da  çoxuq təşkil edəcəkdir. Bu səbəbdən AYB üzvlərindən Qurultaya yalnız əvvəldən müəyyən edilmiş şəxslərin iştirak etməsi münasibdir. Qarabağ bölgəsindən isə 6 nəfər AYB üzvünün adı müzakirə edilib siyahı müəyyənləşdirilsin. O, qeyd etmişdir ki, AYB  Ağsaqqallar Şurasının və AYB Gənclər Şurasının  bütün üzvlərinin qurultayda iştirak etməsi mütləqdir. Odur kİ, Qarabağ bölgəsindən AYB  Ağsaqqallar Şurasının üzvü Ənvər Əhməd  və AYB Gənclər Şurasının üzvü Məhsəti Musanın adı təqdim olunacaq siyahıya daxil edilməsin. Onların birbaşa qurultayda iştirak etməsini bildirmişdir.
   Daha sonra AYB-in gənclərlə iş üzrə katibi Rəşad Məcid çıxış edərək əlavə bölmələr üzrə daha iki nəfərin də iştirak etməsi məsələsinin AYB-də müzakirə olunmasını təklif etmişdir. Bundan sonra müəyyən edilmiş şəxslərin adı müzakirəyə çıxarıldı  və səs çoxluğu ilə qəbul olunmuşdur. Yekun qərara görə AYB-in XII qurultayında AYB  Ağsaqqallar Şurasının üzvü Ənvər Əhməd  , AYB Gənclər Şurasının üzvü Məhsəti Musa,  AYB üzvləri  Tahir Rza, Asif Rüstəmli, Yəhya Paşayev, Xasay  Mehdizadə, İsa Məmmədov, Asif Cəfərovun iştirak etməsi müəyyənləşdirilmişdir. Əlavə bölmələr üzrə daha iki nəfərin iştirakı isə AYB-də müzakirə olunduqdan sonra müəyyən olunacağı bildirilmişdir.
   İclasda Qarabağ bölgəsindən olan AYB üzvlərinin rəy və təklifləri də dinlənilmişdir.

Keçidlər