Şriftin ölçüsü :

Saytın rəngi :

Onlayn musiqi müsabiqəsinin qalibləri mükafatlandırılıb

02 iyun 2020 | 11:00

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən 28 May – Respublika gününə həsr olunmuş onlayn musiqi müsabiqəsinin qalibləri mükafatlandırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqə iştirakçıları vətənpərvərlik mövzusunda musiqi ifa edərkən çəkilmiş videoları mayın 19-21-də elanda qeyd edilmiş Whatsapp nömrəsinə göndəriblər. Müsabiqənin yekununda Ağcabədi rayon Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin müəllimi Tünzalə Abışzadə birinci, Xocavənd kənd Uşaq Musiqi Məktəbinin müəllimi Röyal Qəribov ikinci, Xocavənd kənd Uşaq Musiqi Məktəbinin müəllimi Pərvin Niyazova üçüncü yerə layiq görülüb. Müsabiqənin qaliblərinə diplomlar təqdim edilib.

Keçidlər