Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda şair Ənvər Əhmədin anadan olmasının 70 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.

13 aprel 2014 | 10:00

12 aprel  2014-cü il tarixdə saat 18:00 –da Y. Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Evində şair Ənvər Əhmədin anadan olmasının 70 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.
    Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi,xalq şairi Fikrət Qoca, Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi, 525- ci qəzetin redaktoru Rəşad Məcid, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Tahir Rza, Aqil Abbas və Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, filologiya üzrə elmlər doktoru, professor  Asif Rüstəmli iştirak etmişdir.
    Tədbiri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, şair Tahir Rza açaraq, şair Ənvər Əhmədin zəngin həyat yolundan və 60-cı illərdən bu günə kimi  həmişə maraqla,həvəslə, sevilərək oxunan,ömrü boyu çox sayda yazdığı, el yaradıcılığından qaynaqlanan yaradıcılığından söhbət açdı və şair, dramaturq Ənvər Əhməd 70 illik yubileyi münasibəti ilə təbrik etdi.
    Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi,xalq şairi Fikrət Qoca, Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi, 525- ci qəzetin redaktoru Rəşad Məcid, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı publisist Aqil Abbas və Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, filologiya üzrə elmlər doktoru, professor  Asif Rüstəmli, Ağcabədi şəhər 3 saylı məktəb liseyin direktoru Tofiq Zeynalov və Əməkdar müəllim Zəhra İbrahimova çıxış edərək , şair Ənvər Əhçmədin Qarabağ torpağının , doğma yurdumuzun  həsrəti duyulan yaradıcılığından danışdılar, şairi 70 illik yubileyi münasibəti ilə təbrik etdilər və ona uzun ömür, cansağlığı, xoşbəxtlik, səadət və sonsuz yaradıcılıq uğurları arzuladılar.  
    Daha sonra  şair Ənvər Əhmədin vətənə  sevgidən yoğrulan, məhəbbətdən doğulan  şerləri səsləndirildi və müğənnilər tərəfindən şairin şeirlərinə bəstələnmiş mahnılar ifa olundu.

Keçidlər