Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Bayrağı “ ordenli, keçmiş “ Xüsusi təyinatlı” döyüşçü İbad Hüseynov Ağcabədi gəncləri ilə görüş keçirmişdir.

17 oktyabr 2012 | 10:00

16 oktyabr 2012-ci il tarixdə saat 11:00 –da Ağcabədi rayonu Mədəniyyət evində “Azərbaycan Bayrağı “ ordenli, keçmiş “ Xüsusi təyinatlı” döyüşçü İbad Mövsüm oğlu Hüseynovla Ağcabədi gənclərinin görüşü olmuşdur.
Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə tər çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad etmişlər. Daha sonra Şəhidlər Xiyabanında vətənin müdafiəsi uğrunda şəhid olmuş vətən oğullarının məzarlarını ziyarət edərək , onların məzarları üzərinə tər qərənfillər düzərək, Tanrıdan onlara rəhmət diləmişlər.
Tədbir Rayon Mədəniyyət Evində davam etdirilmişdir. Görüşdə iştirak edən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək , “Azərbaycan Bayrağı “ordenli, keçmiş “ Xüsusi təyinatlı” döyüşçü İbad Hüseynovu salamladı və onu Ağcabədi rayonunda görməkdən şad olduğunu bildirdi. Daha sonra rayon rəhbəri vətənpərvər döyüşçü İbad Hüseynovun keçdiyi şərəfli və çətin döyüş yollarından geniş söhbət açmış və onu da qeyd etmişdi ki, Qarabağ müharibəsinin ən ağır illərində İbad Hüseynov kimi vətənini sevən qəhrəmanın mübarizə əzmi imkan verdi ki, o, ASALA terror təşkilatının rəhbərlərindən biri, qatı cinayətkar və beynəlxalq axtarışda olan terrorçu Monte Melkonyanı məhv etməsi ilə adını Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə əbədi həkk etdirdi.
Yekunda Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov qeyd etdi ki, bu gün Azərbaycan xalqı öz qəhrəmanı sevir və vətənimiz müdafiəsi üçün onun kimi əsl qəhrəmanlar yetişir ki, vətənin harayına öz igidlikləri ilə , qəhrəmanlıqları ilə cavab verə bilsinlər.
Sonda Milli Qəhrəman olan İbad Hüseynova Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı və hədiyyəsi verilmişdir.
“Azərbaycan Bayrağı “ ordenli, keçmiş “ Xüsusi təyinatlı” döyüşçü İbad Mövsüm oğlu Hüseynovun həyatından, keçdiyi döyüş yollarından bəhs olunan film tədbir iştirakçılarına nümayiş olundu və tamaşaçılar tərəfindən yüksək alqışlarla qarşılandı.
Tədbirdə çıxış edənlər Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov,I qrup Qarabağ müharibəsi əlili Ramil Nağıyevin, keçmiş döyüşçü Ələsgər Allahverənov, AMİ –nin Ağcabədi filialının müəllimi Anar Kərimli və digər natiqlər ilk öncə tədbir iştirakçılarını və qonağı salamladılar. Natiqlər onu da vurğuladılar ki, bu gün yetişən Azərbaycan gəncliyinə İbad Hüseynov kimi şərəfli döyüş yolu keçmiş mərd döyüşçülərin həyatı əsl mərdlik və kişilik məktəbidir. Bu günki gənclər bu məktəbdən bəhrələnib, ana qədər müqəddəs olan Vətənin müdafiəsinə hər zaman müsəlləh bir əsgər kimi hazır olacaqlar və qələbə bayrağını işğal altında olan 20 % torpaqlarımızda qürurla dalğalandıracaqlar.
Yekunda çıxış edən , “Azərbaycan Bayrağı “ordenli, keçmiş “ Xüsusi təyinatlı” döyüşçü İbad Hüseynov rayon rəhbərliyini və Ağcabədi ictimaiyyətini salamladı, xoş münasibətə görə onlara öz minnətdarlığını bildirdi. İbad Hüseynov bildirdi ki, mən döyüş yolu keçən bir döyüşçü kimi özümü ordu sıralarından təxris olunmuş hesab etmirəm. Mən hər zaman Azərbaycan torpaqlarının erməni qəsbkarlarından azad etmək üçün Ali Baş Komandanın “ İrəli” əmrinə müntəzər hazıram və Qarabağın işğaldan azad olunması üçün son damla qanınadək mübarizə aparacağam.
Görüşdə 320 nəfər iştirak etmişdir.
 

Keçidlər