Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədinin “Düşüncə” komandası region birinciliyini qazandı.

14 aprel 2014 | 10:00

 13 aprel 2014- cü il tarixdə Beyləqan  rayonu Mədəniyyət Evində  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Regionda intellektual hərəkatın təbliği” layihəsi çərçivəsində – “Gənclik” kuboku yarışı təşkil edilmişdir.
    06 mart 2014- cü il tarixdə Ağcabədi şəhəri Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində  keçirilən seçim turunda 13 komanda arasında ən yüksək nəticə göstərən “Düşüncə” və “Elit” komandaları finala vəsiqə qazanmışdır.
    Finalda birincilik uğrunda Ağcabədi, Beyləqan, Xocavənd komandaları mübarizə aparmışlar. Yarış “Xəmsə” milli intellektual oyun növü üzrə keçirilmişdir. Həm layihənin finalı hesab olunan, həm də, “Gənclik” kuboku adlanan yarışda Ağcabədi şəhərinin təmsilçisi – Pedoqoji Kollecin “Düşüncə” komandası bütün rəqiblərini qabaqlayaraq “Gənclik” kubokunu  başı üzərinə qaldırmışdır. Müvafiq olaraq 2-ci və 3-cü yerin sahibi  Xocavənd rayonunun təmsilçisi – “Neytral qəfəs” və “Zirvə” komandaları olmuşdur.    
    Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər