Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan bayramında aztəminatlı ailələrə ərzaq sovqatı paylanıb

25 may 2020 | 11:00

Müqəddəs Ramazan bayramı münasibətilə Ağcabədi Rayon İcra Hakimiyyəti 40 aztəminatlı ailəyə ərzaq yardımı edib. Bayram günü rayon icra hakimiyyətinin məsul əməkdaşları tərəfindən ərzaq sovqatı ailələrə çatdırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da bayram günündə həm şəhid ailəsini, həm də digər aztəminatlı ailələri ziyarət edib.
Qeyd edək ki, xüsusi karantin rejimi müddətində də aztəminatlı ailələrə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müxtəlif ərzaq yardımları paylanıb.

Keçidlər