Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı növbəti dəfə onlayn müşavirə keçirib.

23 may 2020 | 11:00

Müşavirədə əvvəlcə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri müzakirə edilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, ictimai-iaşə obyektlərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyənləşdirilən təlimatlara əməl olunmasına ciddi nəzarət edilməli, əhalinin şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməsi, tibbi maskalardan istifadə edilməsi, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmaları, sosial məsafənin qorunması, Operativ Qərargahın bütün tələb və tövsiyələrinə əməl edilməsi ilə bağlı əhali arasında maarifləndirmə və təbliğat işləri davam etdirilməlidir.
Daha sonra kənd təsərrüfatı məsələlərindən söhbət açılaraq barama istehsalı ilə bağlı məsələlər müzakirə olunub. İpəkqurdu toxumunun yetişdirilməsində artıq son mərhələnin çatdığını, barama dərilməsi prosesində yerlərdə inzibati ərazi dairləri üzrə nümyanəndələr və bələdiyyə sədrləri tərəfindən ciddi nəzarət olunmağı və prosesin vaxt itkisinə və nöqsanlara yol vermədən yekunlaşdırılması ilə bağlı bir sıra tapşırıq və tövsiyələr verilib.
Pambığın becərilməsi ilə bağlı məsələlərdə müşavirədə müzakirə olunub. Pambıq sahələrində kultivasiya işlərinin daha keyfiyyətli və operativ aparılması, gübrələrin vaxtında və normalara uyğun verilməsi, eləcə də seyrəltmə işləri və sahələrin alaqdan təmizlənməsi ilə bağlı tapşırıq və tövsiyələr müşavirə işitrakçılarının nəzərinə çatdırılıb.
Sonda rayon icra hakimiyyətinin başçısı müşavirə iştirakçılarına ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə əməl olunması, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin, eləcə də kənd təsərrüfatı işlərinin davam etdirilməsini tövsiyə edib.
Qeyd edək ki, ölkədə “COVID-19” koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi elan olunub. Kütləvi tədbirlər, eyni zamanda, rayon icra hakimiyyətində daxili iclaslar, qəbul otaqlarında həyata keçirilən vətəndaşların qəbulu və səyyar görüşlər təxirə salınıb. Buna görə də Ağcabədi Rayon İcra Hakimiyyətində iclas və qəbullar yeni formatda həyata keçirilir. Müasir texnologiyaların yaratdığı imkanlarla rayonun 41 inzibati ərazi dairəsi üzrə icra nümayəndələri və bələdiyyə sədrləri ilə mütəmadi videokonfrans formatında iclaslar keçirilərək yerlərdəki vəziyyət öyrənilir, kənd təsərrüfatı işlərinin gedişi, koronavirus infeksiyasına qarşı pofilaktik tədbirlər barədə tapşırıq və tövsiyələr verilir.

Keçidlər