Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağcabədi rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə təşəbbüs qaldırmışdır.

15 aprel 2014 | 10:00

04 aprel 2014-cü il tarixdə YAP Ağcabədi rayon təşkilatında Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə hazırlıq işlərinə həsr olunmuş iclas keçirilmşdir.
   İclasda YAP Ağcabədi rayon təşkilatı tərəfindən Ümummilli liderin anadan olmasının 91-ci illiyi üçün keçirəcəyi tədbirlər müəyyən edilmiş, müzakirələr aparılmış və tədbirlər  planı təsdiq edilmişdir.
    İclasda həmçinin bir sıra YAP ərazi ilk təşkilatlarının bu ildən başlayaraq Ulu Öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə  91 həmişəyaşıl ağac, gələn il 92 və bu qayda ilə  Ulu öndərin anadan olmasının  100 illiyinə qədər  hər il ildönümünün sayı qədər həmişəyaşıl ağac əkmək barədə qaldırılmış təşəbbüs haqqında müzakirə aparılmışdır.
    Mədəniyyət şöbəsi YAP ərazi ilk təşkilatı, Suvarma Sistemləri idarəsi ərazi ilk təşkilatı, Subartezian quyularının istismarı və təmiri ərazi ilk təşkilatı, Hindarx qəsəbə ərazi ilk təşkilatı, Təzəkənd kənd ərazi ilk təşkilatı bu təşəbbüsü bəyənmiş və böyük ruh yüksəkliyi ilə qoşulacaqlarını bildirmişlər. Rayonda olan  98 ərazi YAP ilk təşkilatı da bu təşəbbüsə qoşulacaqlarını bəyan etmişlər. Aprel ayının 5-dən başlayaraq bütün ərazi YAP ilk təşkilatları hazırlıq işlərinə başlamışdır.  Artıq Hindarx qəsəbə , İmamqulubəyli kənd, Şərəfxanlı kənd, Boyat kənd, Sarıcalı kənd, Taynaq kənd,  Poladlı kənd, Kürdlər kənd, Təzəkənd kənd,  Muğanlı kənd, Şahsevən kənd, Şahsevən Təzəkənd kənd, Köyük kənd,  Minəxorlu kənd, 13 saylı ərazi ilk təşkilatlarının hər biri 91 həmişəyaşıl ağac əkmiş, suvarma işləri başa çatmış və aqrotexniki qaydada becərilmə işlərinə başlamışlar.
   Aprel ayının 12- dək 1365 həmişəyaşıl ağac küçə və parklarda, magistiral yolların kənarlarında, yaşıllıq zolaqlarında, müəssisə və təşkilatların həyətlərində əkilmişdir.
   Aprel ayının 20-dək daha 7553 ağacın əkilməsi planlaşdırılır.

Keçidlər