Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə pambıq sahələrində kultivasiya işləri aparılır

21 may 2020 | 11:00

Respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Ağcabədili pambıqçıların səpdikləri çiyid toxumlarından 100 faiz çıxış alınıb. Hal-hazırda erkən səpilən pambıq sahələrində seyrəltmə, becərmə , kultivasiya işləri aparılır və yemləmə gübrəsi verilir .
Bu il Ağcabədidə 1754 istehsalçı ilə 4761,93 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4157,63 hektarı “Azərpambıq” MMC və 1420 hektarı “P-Aqro” MMC ilə olmaqla, 10 min 526 hektarda çiyid səpini yekunlaşıb.
. Hacıbədəlli kənd sakini fermer İsa Mürşüdov AZpress.AZ saytının müxbiri ilə müsahibəsində bildirib ki, “Azərpambıq ASK” MMC - ilə 65 hektar sahədə pambıq əkini üçün müqavilə bağlamışam.
Qabaqcıl pambıqçı İ. Mürşüdov rayonda çiyid səpinini birinci başa çatdıranlardandır. O, uzun illərdir ki, pambıq əkini ilə məşğul oluram və həmişə də yüksək nəticə əldə edirəm. “Ötən il becərdiyim pambıq sahəsinin hər hektarından 52 sentner məhsul götürməklə 265 ton pambıq tədarük etdim. Bu il isə 65 hektar sahədə pambıq əkmişəm və sahəmdə yaxşı cücərti var. Artıq becərmə işlərinə başlamışam. Sahələrdən bol məhsul götürmək üçün ilk gündən bitkiyə nümunəvi qulluq edirəm. İnşallah əziyyətimizin qarşılığını görərik”, - deyə İsa Mürşüdov bildirib.
Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 099 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.

Keçidlər