Bir-birimiz qoruyaq kampaniyasına Gənc Könüllülərdə qoşulub.
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı “Bir-birimizi qoruyaq” kampaniyasına Ağcabədidən olan Gənc Könüllülərdə qoşulub.
Ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının yumuşaldılması ilə əlaqədar olaraq küçələr, parklar və digər ictimai- iaşə obyektlərində əhaliyə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinin təmin edilməsi məqsədilə maska və əlcəklərdən istifadəni və sosial məsafənin saxlanılması yönündə bir qrup gənc könüllü 18-19 may 2020-ci il tarixlərində maarifləndirmə işləri aparmış və əhaliyə pulsuz maska, əlcək və dezenfeksiya vasitələri paylamışdır.
İlkin olaraq könüllülər bu sosial kampaniyanı şəhər ərazisində yerləşən 15 İyun parkı və Rabitə Bankın qarşısında növbə gözləyən vətəndaşlarla aparmışdır.
Qeyd edək ki, bu kampaniya növbəti günlərdə də davam etdiriləcək və Gənc Könüllülər vətəndaşlardan qoruyucu vasitələrdən istifadə etmələrini və bu sayədə Bir-birimizi qorumağa səsləyir.