Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatında İlyas Əfəndiyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.

09 aprel 2014 | 10:00

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncəmına əsasən İlyas Əfəndiyevin 100 illik yubileyinin qeyd olunması ilə bağlı 08 aprel 2014- cü il tarixdə saat 15:00 –da Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə tədbir keçirilmişdir.
   Tədbirdə  YAP Qadınlar Şurasının üzvləri, YAP Gənclər Birliyinin üzvləri və  rayon məktəbliləri iştirak etmişdir.
    Tədbiri YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri, giriş sözü ilə açaraq  xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığından və Ulu Öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafında  göstərdiyi xidmətlərdən və bu gün Azərbaycan ədəbiyyatına    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan  bəhs etmişdir. 
    Qadınlar Şurasının sədri Naibə Mustafayeva çıxış  edərək, yazıçının Azərbaycan ədəbiyyatına verdiyi əvəzolunmaz töhvələrdən danışmışdır.
    Heydər Əliyev Mərkəzinin əməkdaşı, Qadınlar şurasının üzvü Jalə Məlikova dramaturqun həyat və yaradıcılığından bəhs edən  məruzə çıxış  etmişdir. Məruzə dinlənildikdən sonra İlyas Əfəndiyevin “Hökmdarın taleyi” əsərinin motivləri əsasında ekranlaşdırılmış eyniadlı  film nümayiş etdirilmişdir.

Keçidlər