Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Şahin” hərbi–idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir

06 aprel 2014 | 10:00

05 aprel 2014- cü il tarixdə Ağcabədi  şəhəri Mərkəzi  stadionunda “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir.
   X-XI sinif şagirdləri arasında keçirilən yarışlarda rayonun tam orta məktəblərinin 50 komandası iştirak etmişdir. Qaydalara əsasən komandaların tərkibi 4 qız və 13 oğlandan ibarət olmuşdur.
   Yarışlar komandaların təntənəli keçidi ilə başlamışdır. Daha sonra yarış iştirakçıları sıra hazırlığı, zəhərli zonanın dəf olunması, fiziki hazırlıq, əleyhqazdan istifadə, turnikdə dartınma, 100 metr məsafəyə qaçış, mülki müdafiə hazırlığı və digər mərhələlərdə mübarizə aparmışlar.
   “Şahin” hərbi–idman oyunu üzrə rayon birinciliyində mübarizə aparan komandalar arasında yaxşı nəticə göstərərək rayonun Nəcəfqulubəyli kənd tam orta məktəbi I yerə, şəhər 1 saylı tam orta məktəb II yerə, şəhər 11 saylı tam orta məktəb isə III yerə  layiq görülmüşdürlər.
    Yarışda qalib olan komandalar rayon Gənclər və İdman idarəsinin  və Təhsil şöbəsinin fəxri fərmanları və hədiyyələri ilə mükafatlandırılmışdır.
    I yerə layiq görülən  Nəcəfqulubəyli kənd tam orta məktəbinin komandası  isə “Şahin” hərbi-idman oyununun aprel ayında Qusarda keçiriləcək zona birinciliyində Ağcabədi rayonunu təmsil etmək hüququ qazanmışdır.

Keçidlər