Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın “ Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2014- cü ilin fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi vəziyyəti barədə” mövzusunda iclası k

04 aprel 2014 | 10:00

03 aprel  2014-cü il tarixdə saat 15:00 –da Ağcabədi rayon  İcra Hakimiyyətinin iclas zalında rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın “ Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2014- cü ilin fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi vəziyyəti barədə” mövzusunda  iclası keçirilmişdir.
     Gündəlikdə duran məsələ ilə əlaqədar rayonda əhalinin tibbi müayinəsinin gedişi vəziyyəti müzakirə edilmişdir.
   Şura iclasını  Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov açaraq Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Ağcabədi  rayonunda böyük ruh yüksəkliyi ilə icra olunduğunu qeyd etmişdir. Rayon rəhbəri bildirmişdir ki, tibbi müayinələrin yüksək səviyyədə təşkil edilməsi üçün rayon İcra Hakimiyyətində yaradılmış komissiya təbliğat-təşviqat işlərini davam etdirir. Aparılan araşdırmalar deməyə əsas verir ki, tibbi müayinədən rayon əhalisi çox razıdır. Bütün ölkə əhalisi kimi, ağcabədililər də insanların sağlamlığının qorunmasına yönələn xeyirxah aksiyanı çox yüksək dəyərləndirir, bu nəcib təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.  
    Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov,  Rayon Mərkəzi Xəstəxansının baş həkimi Novruz Abbasov,YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Mustafayeva, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev və digər çıxış edənlər  qeyd etmişlər ki, Ağcabədi rayonunda əhali arasında  təşkilati-izahat işinin yüksək səviyyədə  aparılması nəticəsində müəyyən edilmiş qrafiklə əhalinin 18 yaşdan yuxarı  rayonun idarələrinin , müəssisələrinin  , digər təşkilatlarının nümayəndələrinin və rayon əhalisinin  mütəşəkkil şəkildə tibb müayinəsi aparılır. Əhalinin tibbi müayinəsi  may ayının 1- dək davam olunacaqdır. Çıxış edənlər qeyd etmişlər ki,əhalinin tibbi müayinəsi başlandığı tarixdən bu günə kimi 43002 nəfərdən çox rayon əhalisi tibbi müayinədən keçmişdir. Ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən bu yüksək diqqət və qayğıya görə minnətdarlıq etmişlər və öhdələrinə düşən vəzifələri bundan sonra da  ləyaqətlə yerinə yetirəcəklərini söyləmişlər.
    Şuranın iclasında əhalinin tibbi müayinədən keçirilməsi tədbiri geniş müzakirə edilmiş, şuranın qərarı ilə işlərin may ayının 1 – nə qədər uğurla davam etdirilməsi üçün tapşırıqlar verilmişdir.
    İclasda  150  nəfər iştirak etmişdir.

Keçidlər