Şriftin ölçüsü :

Saytın rəngi :

KARANTİN TƏDBİRLƏRİ – Ağcabədidə dezinfeksiya işləri davam etdirilir.

01 may 2020 | 11:00

 Ağcabədi rayonunda dezinfeksiya işləri mütəmadi davam etdirilir. Belə ki, 30 aprel tarixində rayonda 2 çoxmənzilli yaşayış binası, 5 qeyri-yaşayış binası, 40 ticarət və xidmət obyekti, 15 avtomobil dayanacağı, 20 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 60-a qədər ödəniş terminalları və bankomatlar dezinfeksiya edilmiş, 25 küçə və 2 körpü xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiyaedici məhlullarla yuyulub. Bu tədbirlər ardıcıl olaraq rayonun şəhər ərazisi ilə yanaşı qəsəbə və kəndlərində də davam etdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən 100-dən çox çiləyici əl aparatları gətirilmiş, dezinfeksiya işlərinə kommunal xidmət sahəsinin işçiləri də cəlb olunmuşdur. Kəndlərdə dezinfeskiya işlərində kənd təsərrüfatı texnikalarından da çiləyici kimi istifadə olunur.
 Bundan başqa, Ağcabədi rayonunda xüsusi karantin rejiminin tələblərinə pozan 36 nəfərə xəbərdarlıq olunmuş, 8 nəfər isə inzibati qaydada cərimələnib.
 Qeyd edək ki, rayon İcra Hakimiyyətinin yaratdığı mobil qruplar və polis əməkdaşları mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici söhbətlər aparır və onların evdə qalmalarının sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırırlar. Vətəndaşlara həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.

 

Keçidlər