Şriftin ölçüsü :

Saytın rəngi :

1500 qutu ipəkqurdu toxumu kümçülərə paylanıb.

30 aprel 2020 | 11:00

Ağcabədi rayonunda barama yetişdirilməsinə başlanılıb. Belə ki, Qax Damazlıq İpəkçilik stansiyasından gətirilən 1500 qutu ipəkqurdu toxumu Ağcabədi kümçülərinə paylanıb. Ötən il 1500 qutu ipək qurdundan 54 min 466 kiloqram yüksək keyfiyyətli barama istehsal edərək respublika üzrə ən yaxşı 2-ci göstəricini əldə edən rayon kümçüləri builki mövsümdə də daha yüksək nəticələrə imza atmaq əzmindədirlər.
Qeyd edək ki, “Azərbaycan Respublikasında Baramaçılığın və İpəkçiliyin inkişafına dair  2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində son illər barama istehsalı Ağcabədi rayonunda xeyli artıb.
2018-ci ildə 37 min 146 kiloqram barama istehsalı edən və bu göstəricini 2019-cu ildə 5,6 dəfə (46,8 faiz) artıran kümçülərimizə istehsal etdikləri 54 min 466 kiloqram yaş baramaya görə dövlət tərəfindən 269 min 995 manat məbləğində subsidiya verilib.\

Keçidlər