Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə onlayn “Rəsm və Əl işləri” müsabiqəsi keçirilməkdədir.

29 aprel 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlara tövsiyələrini əsas tutaraq “Biz birlikdə güclüyük” devizi altında və yeni növ koronavirus (COVİD - 19) pandemiyası ilə əlaqədar olaraq ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimini nəzərə alaraq 20 aprel - 7 may 2020-ci il tarixədək Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə 14-29 yaşlı gənclər arasında onlayn qaydada “Rəsim və Əl işləri” müsabiqəsi keçirilməkdədir.
Müsabiqə iştirakçıları  14-29 yaşlı  (Ağcabədi rayon məktəblərinin şagirdləri , Kollec və Ali təhsil müəssələrinin tələbələri) qeydiyyat və yaşayış ünvanı Ağcabədi rayonundan olan gənclərdir.
İştirakçılar mobil telefonla rəsm çəkərkən və əl işləri hazırlayarkən fotoların çəkir və çəkilmiş materialları idarənin təyin etdiyi whatsapp nömrəsinə göndərməkdədirlər. “Rəsm və Əl işləri” nin müəllifləri özləri haqqında məlumatları da qeyd edərək (ad, soyad, ata adı, təvəllüd (gün, ay, il göstərilməklə) , oxuduğu sinif, kollec, universitet, işləyirsə işlədiyi yer və foto çəkilən telefon nömrəsi) müsabiqəyə qatılmaqdadır. Müsabiqə müddətində kənar şəkillər nəzərə alınmayacaq.
Qalib gələn iştrakçılara karantin bitdikdən sonra Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunacaq.

Keçidlər