Şriftin ölçüsü :

Saytın rəngi :

Melioratorlar Ağcabədi rayonunda 200 aztəminatlı ailəyə ərzaq yardımı ediblər.

29 aprel 2020 | 11:00

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) xüsusi karantin rejimi günlərində ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərə dəstək nümayiş etdirərək aztəminatlı ailələrə kömək məqsədilə ərzaq yardımı kampaniyasını davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Suvarma Sistemləri, Subartezian Quyularının İstismarı, Meliorasiya İdarələri, həmçinin Laçın Suvarma Sistemləri İdarəsi tərəfindən 200 aztəminatlı ailəyə, ehtiyacı olan insanlara ərzaq bağlamaları çatdırılıb.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, eləcə də aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər