Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan kadrlarda” fotosərgisinin bağlanış mərasimi keçirilmişdir.

29 mart 2014 | 11:00

    28 mart 2014- cü il tarixdə saat 15:00 –da Ağcabədi şəhəri  Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində “Azərbaycan kadrlarda” fotosərgisi adlı fərdi layihənin bağlanış mərasimi keçirilmişdir.
   Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağcabədili gənc fotoqraf Toğrul İbrahimovun rəhbərlik etdiyi “Azərbaycan kadrlarda” fotomüsabiqəsi adlı fərdi layihə yekunlaşdı. Layihə Azərbaycanın bir çox regionlarından olan 14-29 yaşlı  gənc fotoqrafları əhatə etmişdir. Layihə çərçivəsində onlayn qaydada təqdim edilmiş 90 şəkildən 50-i seçilərək 3 günlük sərgidə nümayiş olunmuşdur.
   İlk sərgi 17 mart 2014 –cü il tarixində Ağcabədi şəhəri Gənclər Mərkəzinin qarşısında, II sərgi 18 mart 2014 cü il tarixində Ağcabədi şəhəri Mərkəzi Stadionunda, III sərgi  28 mart 2014-cü ildə Ağcabədi şəhəri Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin parkında, bağlanış mərasimi isə Mərkəzin zalında keçirilmişdir.Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Ağcabədi rayon İcra Hakimiyyətinin,Gənclər və İdman İdarəsinin,Gənclər üçün Təhsil Mərkəzinin, ”Xarı bülbül” Yaradıcılıq Studiyasının, YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyinin, Heydər Əliyev Mərkəzinin nümayəndələri, Azərbaycanın müxtəlif bölgələrindən müsabiqəyə qatılan gənc fotoqraflar və müxtəlif yaş qrupuna aid 100-dən çox insan iştirak etmişdir.
   Tədbirdə Azərbaycana aid kiçik film nümayiş etdirilmiş, fotoqrafiya tarixindən məlumat verilmiş və yekunda  qaliblər mükafatlandırılmışdır.

Keçidlər