Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi kümçülərinə 1500 qutu ipəkqurdu toxumu paylanacaq.

26 aprel 2020 | 11:00

“Azərbaycan Respublikasında Baramaçılığın və İpəkçiliyin inkişafına dair  2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində son illər barama istehsalı Ağcabədi rayonunda xeyli artıb. Ötən il rayonumuzun kümçüləri 1500 qutu ipək qurdundan 54 min 466 kiloqram yüksək keyfiyyətli barama istehsal edərək respublika üzrə ən yaxşı 2-ci göstəricini əldə ediblər.
2018-ci ildə 37 min 146 kiloqram barama istehsalı edən və bu göstəricini 2019-cu ildə 5,6 dəfə (46,8 faiz) artıran kümçülərimizə istehsal etdikləri 54 min 466 kiloqram yaş baramaya görə dövlət tərəfindən 269 min 995 manat məbləğində subsidiya verilib.
Bu il də Ağcabədi kümçülərinə 1500 qutu ipəkqurdu toxumu paylanacaq. Onlar builki mövsümdə də daha yüksək nəticələrə imza atmaq əzmindədirlər.
Qeyd edək ki, yaş barama istehsalı ilə əlaqədar respublika Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınan 15 min qutu hibrid ipəkqurdu sənaye toxumu (qrena) inkubasiyaya qoyulmaq üçün aprelin 19-da Qax Damazlıq İpəkçilik Stansiyasına gətirilib. Eyni zamanda, ötən il adıçəkilən müəssisənin özündə yerli istehsal hesabına hazırlanmış daha 5 min qutu ipəkqurdu toxumu builki mövsümdə kümçülərə paylanılmaq üçün inkubasiyaya qoyulub.
Stansiyada inkubasiyaya qoyulmuş ipəkqurdu toxumlarından əldə olunacaq ipəkqurdunun aprelin sonu-mayın əvvəllərində bölgü əsasında respublikanın 38 rayonunun kümçülərinə paylanılması nəzərdə tutulub.
Qax Damazlıq İpəkçilik stansiyasında birinci mərhələdə - aprelin 29-dan mayın 1-dək  Aran bölgəsinin 25 rayonunun kümçülərinə ipəkqurdu paylanılacaq. Bölgüyə əsasən, Aran bölgəsi üzrə ən çox ipəkqurdu toxumu Zərdab rayonunun kümçülərinə veriləcək. Bu rayonun barama istehsalçıları cari mövsümdə 1700 qutu ipəkqurdu toxumu alacaqlar. Bölgə üzrə Ağcabədi rayonunun kümçülərinə 1500 qutu, Füzuli kümçülərinə 1250 qutu, Bərdə rayonunun barama istehsalçılarına isə 1000 qutu ipəkqurdu toxumu paylanılacaq.
Bu ildən Beyləqan və Samux rayonlarında da ilk dəfə barama yetişdirilməsinə başlanılacaq.

Keçidlər