Şriftin ölçüsü :

Saytın rəngi :

MOB – Qaynar xəttə daxil olan müraciətlər əsasında aztəminatlı ailələrə yardım paylanıb.

27 aprel 2020 | 11:00

Ağcabədi Rayon İcra Hakimiyyətində yaradılmış Müraciətlərə Operativ Baxılma Mərkəzinin qaynar xəttinə daxil olan müraciətlər operativ araşdırılır. Xüsusi karantin rejimi dövründə ərzaq yardımı göstərilməsi ilə bağlı müraciətlər araşdırılması üçün rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplara təqdim olunub. Mobil qruplar həmin ailələrdə olaraq araşdırma aparmış və müəyyən edilmiş ehtiyacı olan, aztəminatlı ailələrə ərzaq yardımı göstərilib. MOB mərkəzinə daxil olan belə müraciətlər əsasında Rayon İcra Hakimiyyəti 70 aztəminatlı ailəyə yardım paylayıb.
Qeyd edək ki, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” şüarına dəstək olaraq Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonda ehtiyacı olan ailələrə ərzaq yardımı paylanıb. Rayonun hüquq inzibati orqanları, digər vəzifəli şəxslər, xeyirxah vətəndaşlar və ayrı-ayrı sahibkarların qoşulduğu “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” adlı kampaniya çərçivəsində rayonun şəhər, qəsəbə və kəndləridə 2600-dən çox ailəyə ərzaq yardımı göstərilib ki, bu da rayon üzrə ev təsərrüfatlarının təxminən 10 faizi deməkdir. Rayonda aztəminatlı ailələrə ərzaq yardımları davam etdirilir. Ağcabədidə başlanılmış digər bir xeyirxah təşəbbüslə ərzaq mağazalarında “Karantin dövründə PULSUZ ÇÖRƏK” aksiyası da həyata keçirilir.
Qlobal pandemiya elan olunan koronavirus infeksiyasının qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyətində qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları, eyni zamanda səyyar qəbulların keçirilməsi təxirə salınmışdır.
Ağcabədi Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə Müraciətlərə Operativ Baxılma Mərkəzi tərəfindən həyata keçirilir.
Müraciətlərə Operativ Baxılma Mərkəzinin əməkdaşları tərəfindən vətəndaşların sualları ətraflı cavablandırılır, qanunvericiliyə uyğun olaraq vətəndaşlara müvafiq izahatlar verilir. Müraciətlərin cavabları telefon zəngi, sms və whatsapp mesajları vasitəsilə vətəndaşlara çatdırılır.
Qeyd edəki ki, MOB mərkəzində, ümumilikdə 100-dən çox mövzu ilə bağlı vətəndaş müraciətlərinə operativ baxılması, cavablandırılması və həlli üçün 7 pəncərə üzrə məsul işçilər, könüllülər və operativ işçi qrup fəaliyyət göstərir.

Mərkəzin əlaqə məlumatlarını diqqətinizə çatdırırıq:
Qaynar xətt: 050-473-97-73; 070-373-97-73; 021-275-48-06; 021-275-52-03
WhatsApp:   050-473-97-73
Skype:          Ağcabədi MOB
E-poçt:         mail@agcabedi-ih.gov.az; agcabedi.mob@gmail.com

Keçidlər