Şriftin ölçüsü :

Saytın rəngi :

KƏND TƏSƏRRÜFATI – Ağabəyli kəndində çiyid səpini başa çatıb.

22 aprel 2020 | 11:00

 Ağcabədi rayonun Ağabəyli kəndində sahələri hazır vəziyyətə gətirən pambıqçılar qısa müddətdə çiyid səpinini həyata keçiriblər. Bu il kənddə 11 fermer tərəfindən 64,4 hektar sahədə pambıq əkini üçün müqavilə bağlanıb. Bağlanan müqaviləyə əsasən, lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilən pambıq istehsalçıları qısa müddətdə çiyid səpinini başa vura biliblər.
 Qeyd edək ki, 2019-cu ildə Ağabəyli kəndində 61,5 hektar sahədə pambıq becərilib, 272,8 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 44,3 sentner olub. Bu il də sahələrdən yüksək məhsuldarlığın əldə edilməsi planlaşdırılır.
 Cari ildə rayon üzrə 1754 istehsalçı ilə 4761,93 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4157,63 hektarı “Azərpambıq” MMC və 1420 hektarı “P-Aqro” MMC ilə olmaqla, 10 min 339,56 hektarda pambıq əkini üçün müqavilə bağlanıb.

Keçidlər