Şriftin ölçüsü :

Saytın rəngi :

KƏND TƏSƏRRÜFATI – Avşar kəndində çiyid səpini başa çatdırılır.

21 aprel 2020 | 11:00

Ağcabədi rayonun Avşar kəndində sahələri hazır vəziyyətə gətirən pambıqçılar bu günədək 194 hektar sahədə çiyid səpini həyata keçiriblər. Bu il kənddə 41 fermer tərəfindən 242,5 hektar sahədə pambıq əkini üçün müqavilə bağlanıb. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da Avşar kəndində olaraq, sahələrdə aparılan səpin işlərinin gedişi ilə yerində tanış olub, fermerlərə tövsiyələrini verib.
Qeyd edək ki, cari ildə rayon üzrə 1754 istehsalçı ilə 4761,93 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4157,63 hektarı “Azərpambıq” MMC və 1420 hektarı “P-Aqro” MMC ilə olmaqla, 10 min 339,56 hektarda pambıq əkini üçün müqavilə bağlanıb.
Rayonda səpinə kifayət qədər səpin aqreqatı cəlb olunub və səpin işlərinin qısa müddətdə başa çatdırılacağı planlaşdırılır..

Keçidlər