Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər maarifləndirmə işlərini davam etdirir.

21 aprel 2020 | 11:00

UNICEF, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, Avropa İttifaqının maliyyə yardımı ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Ağcabədi rayonunda "İnteqrasiya olunmuş sosial  xidmətlər modeli" layihəsi həyata keçirilir. Layihə çərçivəsində həm də gənclər tərəfindən koronavirusla bağlı ictimai maarifləndirmə kampaniyasına start verilib.
Ağcabədidə bu kampaniyə ilə əlaqədar "İnteqrasiya olunmuş sosial  xidmətlər modeli" layihəsi çərçivəsində Gənclər üçün Təhsil Mərkəzi Qarabağ ofisinin əməkdaşları əhali arasında maarifləndirmə materialları paylayıb.
Qeyd edək ki, maarifləndirmə materialları UNİCEF-in təşəbbüsü ilə COVİD-19 haqqında əhalinin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə hazırlanıb.

Keçidlər