Şriftin ölçüsü :

Saytın rəngi :

KARANTİN TƏDBİRLƏRİ - Ağcabədidə dezinfeksiya işləri davam etdilir

21 aprel 2020 | 11:00

Xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Ağcabədi rayonunda da davam etdirilir.
  20 aprel tarixində rayonda 3 çoxmənzilli yaşayış binası, 25 qeyri-yaşayış binası, 30 ticarət və xidmət obyekti, 20 avtomobil dayanacağı, 20 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 60-dan çox ödəniş terminalları və bankomatlar dezinfeksiya edilmiş, 5 küçə və 1 körpü xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiya edici məhlullarla yuyulub. Bu tədbrilər ardıcıl olaraq rayonun şəhər ərazisi ilə yanaşı qəsəbə və kəndlərində də davam etdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən 100-dən çox çiləyici əl aparatları gətirilmiş, dezinfeksiya işlərinə kommunal xidmət sahəsinin işçiləri də cəlb olunmuşdur. Kənd yollarının dezinfeksiya olunmasında kənd təsərrüfatı texnikalarından da çiləyici kimi istifadə olunur.
  20 aprel tarixində rayon ərazisində xüsusi karantin rejiminin tələblərini pozan 23 nəfərə xəbərdarlıq olunmuş, 4 nəfər isə inzibati qaydada cərimələnib.
  Qeyd edək ki, rayon İcra Hakimiyyətinin yaratdığı mobil qruplar və polis əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici söhbətlər aparılır və onların evdə qalmalarının sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır. Vətəndaşlara həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.

Keçidlər