Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidentə minnətdarlıq məktubları: “Zaman bir daha göstərdi ki, Prezidentimiz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqımızın yanındadır”.

21 aprel 2020 | 11:00

Dünya ölkələrinin koronavirus pandemiyasından əziyyət çəkdiyi bir vaxtda Azərbaycanda əhalinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi mühüm qərarlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.
  Xüsusi karantin rejimi dövründə bir çox Ağcabədi sakini də ölkə prezidentinə minnətdarlıq məktubları ünvanlayıblar. Onlardan bir qismini təqdim edirik.
 Ağcabədi Rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov yazır: “Çox hörmətli Prezidentimiz. Son günlər dünyada geniş vüsət almış yeni koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz qabaqlayıcı tədbirlər Ağcabədi rayonunun ictimaiyyəti tərəfindən də son dərəcə müsbət qarşılanır. Ağsaqqallarımız, ziyalılarımız və müvafiq yerli icra strukturları Sizin rəhbərliyinizlə bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirləri, xüsusilə də insanların sağlamlığının qorunmasını əsas məqsəd kimi qarşıya qoyulmasını sakinlərə çatdırırlar. Zaman bir daha göstərdi ki, Prezidentimiz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqımızın yanındadır.
  Cənab Prezident, Ağcabədi rayonunun əhalisi də Sizin təşəbbüsünüzlə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürür, “Evdə qal!” və digər çağırışlarınıza ciddi əməl edirlər.
  Möhtərəm cənab Prezident, bu ağır günlərdə biz ağcabədililər Sizin çağırışlarınıza qoşulur, əmin olduğumuzu bildiririk ki, İnşallah, xalqımız Zati-alinizin müdrik rəhbərliyi ilə bu sınaqdan da zəfərlə çıxacağıq. İnanırıq ki, tezliklə ölkəmizdə həyat öz əvvəlki axarı ilə davam edəcəkdir”.
 Ağcabədi şəhərindən əməkdar müəllim Zəhra İbrahimova və gənc idmançı Minayə Əkbərova yazır: “Hörmətli cənab Prezident. Yeni tip koronovirus pandemiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Sizin rəhbərliyinizlə aparılan qabaqlayıcı və təxirəsalınmaz tədbirlər bütün ölkə əhalisi kimi biz ağcabədililər tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Bu sahədə görülən tədbirlər, xüsusən dünya azərbaycanlılarının həmrəyliyinin bariz nümunəsi olan Koronovirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, həmçinin "Yeni klinika" tibb müəssisəsinin açılışındakı çıxışınız bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür, hər bir vətəndaşın qayğısına qalır, onun sağlamlığını hər şeydən üstün tutursunuz. Görülən işlər Sizin müdrik və uzaqgörən siyasətinizin bariz nümunəsidir.
  Bu işlərin davamı olaraq rayonumuzda da mühüm işlər görülür, mütəmadi olaraq avtomobil yollari, səkilər, yaşayış binaları və həyətlər dezinfeksiyaedici məhlullarla yuyulur, aztəminatlı ailələrə və tənha yaşayan vətəndaşlarımıza müxtəlif yardımlar olunur, sosial xidmətlər göstərilir.
Həyatımız üçün ciddi təhlükə olan koronovirusa qarşı mübarizədə hər bir Azərbaycan vətəndaşının yanında olduğunuza görə rayon sakinləri adından Sizə öz təşəkkürümüzü bildiririk”.
  Ağcabədi şəhər sakini Natiq Əlişov yazır: “Möhtərəm cənab Prezident.  Dünyada geniş yayılmış yeni koronovirus pandemiyasının respublikamızda yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz bütün tədbirlər bir daha sübut etdi ki, hər zaman olduğu kimi Azərbaycan Prezidenti öz xalqının yanındadır. Əminik ki, bu birlik bizə belə ağır sınaqdan qələbə ilə çıxmağa imkan verəcəkdir. Rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronovirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Koronavirusa qarşı mübarizə tədbirləri sahəsində imzaladığınız Sərəncamlar, açılan yeni xəstəxanalar, yeni fabriklər göstərir ki, Azərbaycan bu çətin sınaqdan alnıaçıq çıxacaqdır. Dövlətimiz bu gün də öz vətəndaşının sağlamlığını qorumaq və pandemiyanın yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklə inanırıq. Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma bütün qarabağlılar adından təşəkkürümü bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Uca Allah Sizi və Azərbaycan xalqını qorusun”.
  Ağcabədi şəhərindən Vüqar Əliyev yazır: “Hörmətli cənab Prezident. Koronavirus pandemiyası ilə mübarizədə daim xalqımızı düşündüyünüzə, vətəndaşlara hərtərəfli kömək göstərdiyinizə görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm.
   Fəxr edirəm ki, xalqını sevən, millətinə bağlı, ölkəsinin qüdrətini daha da artıran əvəzolunmaz liderimiz var.
  Xalqımız üçün etdikləriniz bizi də ölkəmizin firavanlığı üçün əlimizdən gələni əsirgəməməyə həvəsləndirir. Biz Sizin varlığınızdan güc və qüvvət alırıq. Allah da Sizə güc-qüvvət versin. Əminik ki, Sizin sayənizdə bütün çətin günlər arxada qalacaq.
  Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür diləyirəm”.
  Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Jalə Qurbanlı yazır: “Cənab Prezident. Xalqa göstərdiyiniz böyük qayğıya görə Sizə təşəkkür edirəm. İşsiz kimi qeydiyyata alındığım üçün mənə 190 manat birdəfəlik ödəmə verildi. Buna görə bir daha Sizə minnətdarlığımı bildirirəm.
  Xalqımız, dövlətimiz, gələcək nəsillərin xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizə və ailənizə cansağlığı və uzun ömür arzulayıram.
  Allahdan bu bəlanın tezliklə Azərbaycanımızın və bütün dünyanın başı üzərindən çəkilməsini diləyirik”.
  Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndindən Fərhad Quliyev yazır: “Hörmətli cənab Prezident. Bu gün dünyanı cənginə alan koronovirus bəlasına qarşı yubanmadan, təxirəsalınmaz addımlar atmağınız, eyni zamanda, xalqımızın qayğısına qalaraq çox ciddi göstərişlər verməyiniz bizi çox sevindirir. Sizinlə qürur duyuruq. İnanırıq ki, Sizin rəhbərliyinizlə tezliklə bu bəladan xilas olacağıq. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bütün azərbaycanlıları ayağa qaldırdı. Doğrudan da biz birlikdə güclüyük.
  Əziz Prezidentimiz, Siz dahi siyasətçi, müasir Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirərək, ölkəmizi sürətli inkişaf yoluna çıxardınız. Sizin həyata keçirdiyiniz iqtisadi islahatlar, kadr dəyişiklikləri, idarəetmənin daim təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi xalqımız tərəfindən bəyənilir və müdafiə olunur.
  Çox hörmətli cənab Prezidentimiz, bütün bu işlərə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı, Vətən və xalq naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Uca Yaradan günbəgün qüdrətlənən müstəqil Azərbaycanımızı, xalqımızı, Sizi və ailənizi qorusun”.

Keçidlər