Şriftin ölçüsü :

Saytın rəngi :

“ Novruz “ bayramı münasibəti ilə Ağcabədi rayonunda dislokasiya olunmuş hərbi hissələrdə bayram tədbiri keçirilmişdir.

18 mart 2014 | 11:00

17 mart  2014-cü il tarixdə saat 11:00-da Ağcabədi rayonu ərazisində dislokasiya olunmuş N saylı hərbi hissələrdə   “Novruz “ bayramı münasibəti ilə  “ Novruz  “ bayramı münasibəti ilə bayram tədbiri keçirilmişdir.
    Ənənəvi vərdiş halını almış rayon ərazisində olan hərbi hissələrdəki əsgərlərlə bayram görüşdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndələrinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Tahir Rzayev  və Aqil Abbasın iştirakı ilə 3600 nəfər iştirak etmişdir.
   “Novruz “ bayramı münasibəti ilə Ağcabədi  rayonunda  dislokasiya olunmuş hərbi hissələrdə əsgərlərə bayram sovqatı o cümlədən, 3500 ədəd bayram bağlaması paylanmış, Novruz süfrəsi üçün 500 kq ət hərbi hissələrə verilmişdir.
    Bayram tədbirində çıxış edən hər bir görüş iştirakçısı əsgərlərin Novruz bayramını təbrik etmiş, onlara Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində can sağlığı və uğurlar arzu etmişlər. Bununla yanaşı onu da qeyd  etmişlər ki, yaxın günlərdə  Novruz bayramını Ali Baş Komandanın  əmri ilə mərd əsgərlərimizin şücaəti ilə işğal altında olan  torpaqlarımızda qeyd edəcəyik.
    Novruz bayramı münasibəti ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndələri tərəfindən  N saylı hərbi hissələrə 2 ədəd plazma televizor hədiyyə olunmuş və hərbi xidmətini yerinə yetirən bəzi əsgərlər isə qol saatı ilə mükafatlandırılmışdır.
   Daha sonra  bayram tədbiri Rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı bayram konserti və Ü.Hacıbəyli adına şəhər İncəsənət Məktəbinin rəqs nümunələri ilə davam etdirilmişdir.

Keçidlər