Şriftin ölçüsü :

Saytın rəngi :

KƏND TƏSƏRRÜFATI - Yonca sahələrində kimyəvi mübarizə işləri davam etdirilir.

16 aprel 2020 | 11:00

   Rayon ərazisində 16 aprel tarixinədək 718 hektar yonca sahəsidə kimyəvi mübarizə işi aparılmış, dərmanlama işləri gündəlik olaraq davam etdirilməkdədir.
   Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssiləri tərəfindən rayon ərazisində mövcud olan yonca əkini sahələrində monitorinqlər aparılarkən əksər sahələrdə fitonomus zərərvericisinin ciddi yayıldığı müşahidə olunub.
  Bununla bağlı RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, torpaq mülkiyyətçiləri və fermerlərlə mütəmadi görüşlər keçirilərək zərərvericinin həyat tərzi və vurduğu ziyan barədə geniş izahat işləri aparılmış, hazırki vəziyyətdə zərərvericiyə qarşı kimyəvi mübarizənin aparılmasının zərurət olduğu onlara çatdırılıb.
Eyni zamanda, rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov inzibati ərazi dairələri üzrə nümayəndələri ilə keçirdiyi onlayn video müşavirə zamanı da pambıq zərərvericilərinin əvvəlcədən qarşısının alınması məqsədilə yonca sahələrində kimyəvi mübarizənin aparılmasının vacibliyini qeyd etmiş, fermerlərlə bu mövzuda söhbətlərin aparılması və dərmanlama işlərinin davamlı təşkili üçün tapşırıq vermişdir.
  Qeyd edək ki, rayonun bütün kəndlərində yonca sahələrində zərərvericilər müşahidə olunmuşdur ki, artıq zərərvericinin miqdarı iqtisadi ziyanlı həddi keçdiyi üçün kimyəvi mübarizənin aparılmasını zəruri edir.

Keçidlər