Şriftin ölçüsü :

Saytın rəngi :

KƏND TƏSƏRRÜFATI - Ağcabədidə çiyid səpini davam edir.

16 aprel 2020 | 11:00

    16 aprel tarixinədək rayonda 1350 hektar sahədə çiyid səpini aparılıb. Bu il Ağcabədi rayonunda 1754 istehsalçı ilə 4761,93 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4157,63 hektarı “Azərpambıq” MMC və 1420 hektarı “P-Aqro” MMC ilə olmaqla, 10 min 339,56 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
   Qeyd edək ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yerlərdə səpin işlərinin gedişi ilə şəxsən tanış olaraq fermerlərə tövsiyələrini verir. Xüsusi karantin rejiminin tələblərinə əməl edən fermərlər kənd təsərrüfatı işlərini də davam etdirir və əhval-ruhiyyələri yüksəkdir. Belə ki, rayonda səpinə kifayət qədər səpin aqreqatı cəlb olunub və səpin işlərinin də qısa müddətdə başa çatdırılacağı planlaşdırılır.
   Ötən il Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 099 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub. Bu il məhsuldarlığın daha da artırılması gözlənilir.

 

Keçidlər